Paşha Bank
Bank Of Baku

ABŞ Yaponiyadakı bazasında ilk dəfə “F-15EX” qırıcı təyyarələri yerləşdirib

ABŞ Yaponiyadakı bazasında ilk dəfə “F-15EX” qırıcı təyyarələri yerləşdirib
# 15 noyabr 2026 15:27 (UTC +04:00)

Yaponiyanın cənubundakı Okinava adasında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin Kadena aviabazasında modernləşdirilmiş “F-15EX” qırıcı təyyarələri yerləşdirilib.

Bu barədə Yaponiyanın İctimai Televiziyası məlumat yayıb.

Qeyd olunur ki, bu modernləşdirilmiş döyüş təyyarələri ilk dəfə ABŞ hüdudlarından kənardakı hərbi bazaya yerləşdirilib.

Bir neçə il ərzində Okinavaya ümumilikdə 36 belə qırıcı təyyarənin yerləşdirilməsi planlaşdırılır.

Dördüncü nəsil “F-15EX” qırıcı təyyarəsinin faydalı yük daşıma qabiliyyəti 13,3 tona qədər ola bilər. Bu göstərici ilə o, bəzi bombardmançı təyyarələri də üstələyir. Onun faydalı yük daşıma qabiliyyəti hazırda Yaponiyada yerləşdirilmiş köhnə “F-15” qırıcılarının müvafiq göstəricisindən təxminən iki dəfə çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR