Bank Of Baku

Çin təlimlərdə 203 millimetrlik M110 haubitsalarından istifadə edib

Çin təlimlərdə 203 millimetrlik M110 haubitsalarından istifadə edib
# 17 iyul 2026 02:12 (UTC +04:00)

Çin ordusu birgə müdafiə təlimləri zamanı NATO standartlarına uyğun dünyanın ən iri özüyeriyən artilleriya sistemlərindən biri hesab olunan 203 millimetrlik M110 haubitsalarını tətbiq edib.

Bu barədə "Military Watch Magazine" məlumat yayıb.

Nəşrin məlumatına görə, təlimlərin yekun mərhələsində desant çıxarmasından sonra yaradılmış şərti düşmən dayaq məntəqələrinin atəşlə məhv edilməsi məşq olunub. Artilleriya bölmələri səpələnmiş atəş mövqelərində yerləşdirilərək sürətli atəş, maskalanma və təhlükəsizlik tədbirlərini icra ediblər.

Qeyd olunub ki, M110 artilleriya sistemi ABŞ-da Soyuq müharibə dövründə hazırlanıb və 1960-cı illərin əvvəllərində ağır mobil artilleriya vasitəsi kimi silahlanmaya qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR