Bank Of Baku

Etirazçılar Şri-Lanka prezidentinin istefasına qədər onun iqamətgahını tərk etməyəcəklər

Etirazçılar Şri-Lanka prezidentinin istefasına qədər onun iqamətgahını tərk etməyəcəklər
# 10 iyul 2022 16:26 (UTC +04:00)

Şri-Lankada etirazçılar prezident Qotabai Rajapaksa və baş nazir Ranil Vikramasinqenin iqamətgahlarını öz postlarını tərk edənə qədər tutacaqlar.

APA xəbər verir ki, bu barədə bazar günü Reuters agentliyi fəalların liderlərindən biri Ruvanti de Çikeraya istinadən məlumat yayıb.

"Prezident istefaya getməli, baş nazir və hökumət getməlidir", - de Chiquera deyib.

Qeyd edək ki, Şri-Lankada keçirilən genişmiqyaslı etiraz aksiyasının iştirakçıları şənbə günü ada dövlətinin liderlərinin iqamətgahlarını ələ keçiriblər. Onlar prezident hovuzunda üzüblər, mətbəxdə yemək yeyiblər və dövlət başçısının ailəsinin şəxsi otaqlarında məskunlaşıblar. Onlar oradan külli miqdarda yerli valyuta da tapıblar və sonradan onu təhlükəsizlik qüvvələrinə təhvil veriblər. Daha sonra aksiyaçılar baş nazirin iqamətgahına daxil olaraq od vurublar. Bazar günü Şri-Lanka polisi bu yanğında ittiham olunaraq üç nəfəri saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR