Əfqanıstanda aviazərbələr və minaatan zərbələri nəticəsində 12 nəfər ölüb

Əfqanıstanda aviazərbələr və minaatan zərbələri nəticəsində 12 nəfər ölüb
# 26 aprel 2021 02:59 (UTC +04:00)

Əfqanıstanın Vardak vilayətində bir ailənin azı 8 üzvü aviazərbələr zamanı, daha 4 mülki şəxs isə minaatanlardan açılan atəş nəticəsində ölüb. Üç nəfər də yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “TOLOnews” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“Cəlriz rayonunun Zorlanq kəndində aviazərbələr nəticəsində bir ailənin azı səkkiz üzvü ölüb. Sayed Abad bölgəsindəki başqa bir insident zamanı isə minaatan mərmisinin bir evə dəyməsi nəticəsində bir ailənin dörd üzvü ölüb, üçü yaralanıb”, - deyə Vardak əyalət şurasının üzvü Şərifulla Hotak telekanala bildirib.

Telekanalın məlumatına görə, analitiklər ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxarmaqla bağlı planlarını elan etdikdən sonra zorakılıq aktlarının artdığını bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR