Əfqanıstanın Kabil əyalətində həkimləri daşıyan avtobusda partlayış baş verib.
APA xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.
Yerli hakimiyyət nümayəndəsinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Şahidlər isə telekanala bildirib ki, hadisə nəticəsində azı 10 nəfər yaralanıb.