Bank Of Baku

Hakim blok Yaponiya parlamentinin yuxarı palatasındakı yerlərin əksəriyyətini qoruyub saxlayır

Hakim blok Yaponiya parlamentinin yuxarı palatasındakı yerlərin əksəriyyətini qoruyub saxlayır
# 10 iyul 2022 16:55 (UTC +04:00)

Liberal Demokrat Partiyası (LDP) və Komeito Partiyasından ibarət Yaponiyanın hakim bloku bazar günü keçirilən seçkilərdən sonra milli parlamentin yuxarı palatasındakı yerlərin əksəriyyətini saxlayıb.

APA TASS-a istinadən xəbər verir ki, bunu prefektura seçki komissiyalarının icmal məlumatları sübut edir.

Belə ki, yerli vaxtla saat 21:00-a hakim koalisiya təhlükə altında olan 125 yerdən ən azı 58-ni qazanıb. Üzvlərinin yarısı üç ildən bir seçilən parlamentin yuxarı palatasında səs çoxluğu əldə etmək üçün hakim blokun bu seçkilərdə cəmi 55 yer əldə etməsi kifayət idi.

Eyni zamanda LDP ən azı 50, Komeito isə ən azı 8 yer qazanıb. Bununla belə, Yaponiyanın aparıcı KİV-lərinin exit-poll nəticələrinə görə, seçkilərdən sonra hakim blok 125 yeni yerdən 59-dan 69-a qədərini qazanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR