Hindistanda Yaponiyanın keçmiş Baş naziri Sindzo Abenin vəfatı ilə əlaqədar matəm elan olunacaq.
APA xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi "Twitter"də bildirib.
"Keçmiş Baş nazir Sindzo Abeyə dərin ehtiramımızın əlaməti olaraq 9 iyul 2022-ci ildə bir günlük milli matəm elan ediləcək", - Modi qeyd edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Yaponiyanın keçmiş Baş naziri Sindzo Abe kütlə qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb. İki güllə yarası alan Abenin həyatını həkimlər xilas edə bilməyib.