İranda koronavirusdan ölənlərin sayı bir gündə 60% artıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.
Koronavirusla mübarizə qərargahının immunologiya komitəsinin katibi Məsud Yunsian xəbərdarlıq edib ki, təcili tədbirlər görülməsə, COVID-19-un 7-ci dalğası ölkədə yayılan digər altı dalğadan fərqli olacaq.
O, yoluxmanı artıra biləcək səbəblər kimi yay tətilinin gəlişi, Məhərrəmlik mərasimi, Ərbəin yürüşü, sonra isə payızda məktəblərin və universitetlərin yenidən açılmasını qeyd edib.