Bank Of Baku

İranda ötən sutkada 49 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 49 nəfər koronavirusdan ölüb
# 30 mart 2022 13:29 (UTC +04:00)

İranda ötən sutka ərzində 49 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 140 158 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 2 987 nəfər koronavirusa yoluxub.

Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 159 733 nəfərə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR