İranın Kirman əyalətində 4.5 bal gücündə zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar əyalətin Qolbaf bölgəsində yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Hələlik dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.