Bank Of Baku

İranın nüvə proqramı üzrə müzakirələrin yeri və vaxtı tezliklə açıqlanacaq

Nasir Kənani

© APA | Nasir Kənani

# 13 iyul 2022 11:38 (UTC +04:00)

İranın nüvə proqramı üzrə müzakirələrin yeri və vaxtı tezliklə elan ediləcək.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, müzakirələrin yer və vaxtının açıqlanmaması onun dayandırılması anlamı daşımır: “İran müzakirələrdə ciddidir. Hazırda İran və Qərb ölkələri arasında müzakirələrin davam etdirilməsi üçün məsləhətləşmələr aparılır. Tezliklə növbəti müzakirələrin yeri və vaxtı açıqlanacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR