Bank Of Baku

İranın Şərqi Azərbaycan əyalətində 20-yə yaxın mədən işçisi həbs edilib

İranın Şərqi Azərbaycan əyalətində 20-yə yaxın mədən işçisi həbs edilib
# 14 iyul 2022 18:33 (UTC +04:00)

Son günlər İranın Şərqi Azərbaycan əyalətinin Vərziqan şəhərində yerləşən Sonqun mədənində 20-yə yaxın işçi həbs edilib.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İran İşçilərinin Azad İttifaqı məlumat verib.

Məlumata görə, həbs bu mədənin minlərlə işçisinin tətili başa çatdıqdan sonra həyata keçirilib. Təhlükəsizlik qurumları Sonqun mis kompleksinin rəhbərliyi və podrat şirkətlərinin əməkdaşlığı ilə həbsi həyata keçirib.

Məlumatda o da qeyd olunub ki, Vərziqanda yaşayan jurnalist Behnam Zarei işçilərin 5 günlük tətili ilə bağlı və Sonqun kompleks rəhbərliyinin şikayəti əsasında həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR