Bank Of Baku

İRNA: Təbrizdə və Tehranda partlayış olmayıb

İRNA: Təbrizdə və Tehranda partlayış olmayıb
# 31 yanvar 2026 18:34 (UTC +04:00)

Təbrizdə partlayış olmayıb.

APA xəbər verir ki, bu barədə IRNA Şərqi Azərbaycan Valiliyinin Böhran İdarəsinə istinadən məlumat yayıb. İdarə Təbrizdə partlayış baş verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

“Aparılan araşdırmalar göstərir ki, bu xəbərlər doğru deyil”, - məlumatda qeyd edilib.

Tehran yaxınlığında partlayışla bağlı məlumatlar da təkzib edilib.

IRNA-nın məlumatına görə, Şur çayı boyunca quru qamışlıqlarda yanğın baş verib. Yerli rəsmi bildirib ki, vətəndaşların narahat olmasına heç bir səbəb yoxdur və yanğın səhlənkarlıq və ya quru ağacları yandıran şəxslərin hərəkətləri nəticəsində baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR