Bank Of Baku

İsrail Baş naziri Səudiyyə Ərəbistanı ilə normallaşma üçün ilk rəsmi addımın atıldığını deyib

İsrail Baş naziri Yair Lapid

© APA | İsrail Baş naziri Yair Lapid

# 15 iyul 2022 17:49 (UTC +04:00)

İsrail Səudiyyə Ərəbistanının öz hava məkanını açmasını yəhudi dövləti ilə münasibətlərin normallaşması istiqamətində “ilk rəsmi addımı” kimi xarakterizə edir.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid deyib.

Baş nazir Lapid bildirib ki, Səudiyyə Ərəbistanının öz hava məkanını İsrail uçuşları üçün açmaq qərarı normallaşma istiqamətində daha geniş diplomatik prosesin “ilk rəsmi addımı”dır.

“Biz diqqətlə bunun üzərində işləməyə davam edəcəyik”, - o qeyd edib.

Baş nazir vurğulayıb ki, bu addım Şərqi Asiya və Avstraliyaya uçuşların daha qısa yolla olmasına imkan verəcək, yanacaq, vaxt və xərclərə böyük qənaət – israillilərin ciblərinə birbaşa təsir edəcək və aviabiletləri ucuzlaşdıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR