İsrailin maliyyə naziri Qəzza zolağını azad edəcəklərini deyib

İsrailin maliyyə naziri Qəzza zolağını azad edəcəklərini deyib
# 27 may 2025 02:12 (UTC +04:00)

İsrailin maliyyə naziri Bezalel Smotriç bazar ertəsi axşam Qərb Divarında Qüds Günü mitinqində çıxış edərək insanları Qəzza zolağında yeni yəhudi qəsəbələri inşa etməyə çağırıb.

APA xəbər verir ki, bu haqda “The Jerusalem Post” məlumat yayıb.

İsrailin işğal sözündən qorxmadığını bildirən nazir həmçinin insanları igid və qəhrəman döyüşçülərə ruh yüksəkliyi bəxş etməyə səsləyib.

“Biz İsrail torpaqlarını fəth edirik. Biz Qəzzanı azad edirik. Qəzzaya yerləşirik. Düşməni məğlub edirik.”, - o deyib.

Qeyd edək ki, Smotriçin bu açıqlamaları müxalifət nümayəndələri tərəfindən sərt tənqid olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR