İstanbulun 15 İyul Şəhidləri Körpüsündə avtomobili ilə aksiya keçirən şəxs təslim olub, hərəkət bərpa olunub -YENİLƏNİB

İstanbulun 15 İyul Şəhidləri Körpüsündə avtomobili ilə aksiya keçirən şəxs təslim olub, hərəkət bərpa olunub -YENİLƏNİB
# 15 iyun 2024 00:34 (UTC +04:00)

İstanbul Valiliyi məşhur 15 İyul Şəhidləri Körpüsü bağlanmasının səbəbini açıqlayıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, buna səbəb bir şəxsin avtomobili ilə fərdi aksiya keçirmək cəhdi olub.

Daxili işlər naziri Əli Yerlikaya isə nəqliyyat vasitəsinin sürücüsü R. C. Ç. adlı şəxsin 1,5 ildir bipolyar pozuntusundan müalicə aldığını bildirib.

Əlavə olunub ki, həmin şəxslə danışıq aparılıb və o polisə təslim olub.

***
00:04

İstanbulun məşhur 15 İyul Şəhidləri Körpüsü hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanılıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, körpüdə şübhəli maşın var və hərəkət bu səbəbdən dayandırılıb

Hadisə yerinə çoxlu sayda polis göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR