Bank Of Baku

Kabil hava limanındakı partlayışları planlaşdıran İŞİD-K lideri öldürülüb

Kabil hava limanındakı partlayışları planlaşdıran İŞİD-K lideri öldürülüb
# 26 aprel 2023 12:36 (UTC +04:00)

2021-ci ildə Kabil hava limanında törədilmiş partlayışları planlaşdıran İŞİD-K lideri Taliban tərəfindən öldürülüb.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Təhlükəsizlik Şurası məlumat yayıb. Şuranın strateji kommunikasiyalar üzrə kordinatoru Con Körbi öldürülən şəxsin adını açıqlamasa da, onun ABŞ-ın Əfqanıstandan çəkilməsinin son günlərində törədilmiş “dəhşətli hücumun planlaşdırıcısı” olduğunu qeyd edib.

Con Körbi Talibanın İŞİD-K liderini necə öldürməsi ilə bağlı detalları paylaşmayıb, lakin qeyd edib ki, bu, İŞİD-K terror təşkilatının bu il məruz qaldığı ən yüksək profilli rəhbərlik itkilərindədir.

Qeyd edək ki, Kabil hava limanında törədilmiş terror hücumları nəticəsində 13 ABŞ əsgərinin və 170 əfqanın həlak olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR