Bank Of Baku

KİV: Abeyə sui-qəsddə şübhəli bilinən şəxs onun siyasətindən narazı olub

KİV: Abeyə sui-qəsddə şübhəli bilinən şəxs onun siyasətindən narazı olub
# 08 iyul 2022 11:40 (UTC +04:00)

Yaponiyanın sabiq Baş naziri Sindzo Abeyə qarşı sui-qəsddə şübhəli bilinən şəxs onu öldürmək niyyətində olub.

APA NHK-yə istinadən xəbər verir ki, o, bu barədə ilkin dindirmə zamanı bildirib.

Şübhəli şəxs müstəntiqlərə keçmiş Baş nazirdən narazı olduğunu və onu öldürmək istədiyini qeyd edib.

İstintaqdakı mənbələr NHK-ya hadisə yerindən ələ keçirilən silahın kustar üsulla hazırlandığını bildirib.

41 yaşlı şübhəli Tetsuya Yamaqami atışmanın baş verdiyi Nara şəhərində yaşayır. Polis mənbələrindən bildirilib ki, şübhəli şəxs təxminən 2005-ci ilə qədər Dəniz Özünümüdafiə Qüvvələrində xidmət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR