Bank Of Baku

KİV: İran–ABŞ danışıqlarının başlayıb-başlamaması Qalibaf-Şahbaz Şərif görüşünün nəticəsindən asılıdır

KİV: İran–ABŞ danışıqlarının başlayıb-başlamaması Qalibaf-Şahbaz Şərif görüşünün nəticəsindən asılıdır
# 11 aprel 2026 13:26 (UTC +04:00)


İran nümayəndə heyəti ABŞ-la danışıqlar ərəfəsində İslamabadda Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşüb.

Bu barədə Dawn məlumat verib.

Qeyd edilib ki, İran–ABŞ danışıqları ilə bağlı razılaşmalar bu görüşün yekununda müəyyən ediləcək.

Xatırladaq ki, İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Baqer Qalibaf rəhbərlik edir.

Heyətə həmçinin İran Mərkəzi Bankının rəhbəri Əbdolnasir Hemmati, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian və xarici işlər naziri Abbas Əraqçi daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR