Bank Of Baku

Putin: Fəratətrafı ərazilər Suriyanın nəzarətinə keçməlidir

Putin: Fəratətrafı ərazilər Suriyanın nəzarətinə keçməlidir
# 19 iyul 2022 23:58 (UTC +04:00)

Bəzi ölkələr Suriyanın suverenliyini pozaraq orada separatçı əhval-ruhiyyəni gücləndirir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Tehranda Astana qarant ölkələrinin zirvə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Görüşdə Suriyanın şimal-şərqindəki və Fərat çayı ətrafındakı gərgin vəziyyət müzakirə olundu. Burada bəzi ölkələrin dəstəyi ilə Suriyanın suverenliyinin pozulmasına cəhdlər edilir. Xarici hərbi iştirakın möhkəmlənməsi və separatçı əhval-ruhiyyənin möhkəmlənməsi cəhdləri edilir. Rusiya Fəratətrafı ərazilərin Suriyanın qanuni hökumətinin nəzarətinə keçməsinin tərəfdarıdır” – deyə Putin vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR