Bank Of Baku

Şri-Lanka prezidenti iqamətgahı ələ keçirildikdən sonra ilk sərəncamı imzalayıb

Qotabaya Rajapaksa

© APA | Qotabaya Rajapaksa

# 10 iyul 2022 11:19 (UTC +04:00)

Şri-Lanka prezidenti Qotabaya Rajapaksa adada qazın paylanmasının sürətləndirilməsi haqqında sərəncam imzalayıb və bu, etirazçıların onun iqamətgahını ələ keçirməsindən sonra ilk sənəd olub.

APA xəbər verir ki, bu barədə Newswire xəbər portalı dövlət başçısının katibliyinə istinadən xəbər verir.

Rajapaksanın imzaladığı sənəd ölkəyə qaz axınına aiddir. Qəzet yazır: "Prezident yenidən fəaliyyətə başlayıb". Onun harada olduğu hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR