Bank Of Baku

Tehranda su çatışmazlığı yaranıb

Tehranda su çatışmazlığı yaranıb
# 05 may 2022 13:10 (UTC +04:00)

İranın Tehran əyalətində su çatışmazlığı yaranıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Tehran əyaləti üzrə regional su şirkətinin idarə rəisi Məhəmməd Şəhriyari deyib.

Onun sözlərinə görə, Tehran əyalətində yerləşən su bəndlərində suyun həcmi 269 milyon kubmetr azalıb: "Əyalətdə suyun həcminin azalması kənd təsərrüfatına suvarma üçün su təminatında problemlər yaradıb. Hazırda Tehran əyalətində yerləşən 5 su bəndində cəmi 505 milyon kubmetr su mövcuddur. Yağıntıların azalması su qıtlığına səbəb olub".

O qeyd edib ki, hazırda yalnız əhali içməli suyla təmin olunur və kənd təsərrüfatına su ayrılmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR