PKK terror təşkilatı “yüksək rütbəli” terrorçusunun öldürüldüyünü təsdiq edib.
APA “Milliyet”ə istinadən xəbər verir ki, “Eren Abluka-2” Türkiyə təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı öldürülüb.
Hakkari vilayətində Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olan terrorçu ifadəsində “Bager Erdal” ləqəbli Rıdvan Alkanın antiterror əməliyyatı zamanı öldürüldüyünü bildirib.
O qeyd edib ki, R. Alkanın ölümü digər terrorçular arasında çaxnaşma yaranmasın deyə onlardan gizli saxlanılıb.
Təslim olan terrorçu bildirib ki, R. Alkan 19 avqust 2021-ci ildə Yüksekova rayonunda həyata keçirilən antiterror əməliyyatı zamanı məhv edilən 8 terrorçu arasında olub.
O, Dağlıc, Aktütün, Ağacdibi və Yeşiltaş rayonlarında Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir sıra hücumların təşkilatçısı olub.