Bank Of Baku

Türkiyədə turist avtobusu qəzaya uğrayıb, 30 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Türkiyədə turist avtobusu qəzaya uğrayıb, 30 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB
# 17 iyul 2022 11:42 (UTC +04:00)

Türkiyənin Kayseri vilayətində turistlərin olduğu avtobusun aşması nəticəsində 30 nəfər yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Sarıoğlan rayonunun İlıca məhəlləsində baş verib. Avtobus Qara dəniz turundan Mersinə qayıdırmış. Avtobus əvvəlcə yolun kənarında maneələrə çırpılıb, daha sonra isə yana çevrilib.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün yuxulaması olub.

Qəzada xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

***

saat 09.04

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, avtobus dərəyə aşıb.

Qəza nəticəsində çoxlu sayda sərnişin yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR