Bank Of Baku

“Ən Nüsrə” döyüşçüləri Hələbi tərk etmək istədiklərini açıqlayıblar

“Ən Nüsrə” döyüşçüləri Hələbi tərk etmək istədiklərini açıqlayıblar
# 08 dekabr 2016 14:31 (UTC +04:00)

“Ən Nüsrə” qruplaşmasının döyüşçüləri Suriya hakimiyyətindən onların Hələbdən təxliyə edilməsi ilə bağlı xahiş edib.  

 

APA-nın “İzvestiya”ya istinadən verdiyi məlumata görə, Suriya ordusu qruplaşma döyüşçülərin mövqelərinə güclü zərbələr endirib.   

 

“Ən Nüsrə” üzvləri şimal dəhlizi vasitəsi ilə Hələbi tərk etməyə razılıq veriblər. Müvafiq müraciət  yerli “Al-Manar” telekanalı vasitəsi ilə döyüşçülərin vasitəçiləri tərəfindən səsləndirilib.

 

Hökumət qüvvələri qarşı tərəfin Hələbdəki mövqelərinə hücuma hazırlaşır.

 

Qeyd edək ki, hökumətə qarşı vuruşan döyüşçülərin bir qrupu çərşənbə günü şəhərin mərkəzi hissəsindən açıq dəhliz vasitəsi ilə çıxıb. Hələbin tarixi hissəsi də hökumət qüvvələrinin nəzarətinə keçib. Şəhərin şərq hissəsinə artıq dinc sakinlər qayıtmağa başlayıb. Şəhərin cənub və cənub-şərq hissəsi Suriya ordusuna qarşı vuruşanların nəzarəti altında qalır.

 

İsmayıl Fətəliyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR