Bank Of Baku

İranda "Bəsic" Təşkilatına yeni rəhbər təyin olunub

 İranda "Bəsic" Təşkilatına yeni rəhbər təyin olunub
# 07 dekabr 2016 18:43 (UTC +04:00)

İranda "Bəsic" Təşkilatına yeni rəhbər təyin olunub.

 

APA-nın məlumatına görə, Ali Baş Komandan Ayətullah Seyid Əli Xameneinin sərəncamı ilə Briqada generalı Qulamhüseyn Qəribpərvər İran İslam İnqilabı Keşikçilər Korpus komandirinin müavini və "Bəsic" Təşkilatının sədri vəzifəsinə təyin olunub.

 

Ali Lider Ayətullah Xameneinin qərarında "Bəsic" Təşkilatının yeni rəhbərinə bu təşkilatın elm, mədəniyyət, müdafiə və xidmət sahələrinin inkişaf etdirilməsi, eləcə də digər qurumlarla əməkdaşlıq sifariş olunub.

 

Həmçinin Ayətullah Seyid Əli Xameneinin digər bir sərəncamı ilə indiyədək "Bəsic" Təşkilatının rəhbəri vəzifəsində çalışan general Məhəmmədrza Nəqdi “Sepah” komandirinin mədəniyyət və ictimai işlər üzrə müavini təyin olunub.

 

Eləcədə bu gün İranın daxili işlər nazirinin siyasi məsələlər üzrə müavini vəzifəsinə Əliəsğər Əhmədi təyin olunub. Bu önəmli təyinat daxili işlər nazirinin sərəncamı ilə baş tutub.

 

Qeyd edək ki, İranda növbəti prezident seçkilərinin keçirilməsinə 5 ay vaxt qaldığı bir vaxtda bu vəzifəyə yeni təyinat diqqət çəkir. Çünki DİN-nin siyasi məsələlər üzrə müavini seçki prosesinin icrasında əsaslı rol oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR