İraqın paytaxtında minalanmış avtomobil partladılıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident şəhərin Mədinət-Sədr rayonundakı bazarın qarşısında baş verib.
Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Dekabrın 4-də analoji insident zamanı 10 dinc sakin həyatını itirib. Partlayışların İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.