Bank Of Baku

Cənubi Koreya parlamentinə prezidentin impiçmentinə dair qətnamə təqdim edilib

Cənubi Koreya parlamentinə prezidentin impiçmentinə dair qətnamə təqdim edilib
# 02 dekabr 2016 21:35 (UTC +04:00)

Cənubi Koreyanın üç müxalif partiyası prezident Pak Kın Henin impiçmentinə dair qətnaməni parlamentə  təqdim edib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, qətnaməni ümumilikdə 171 deputat dəstəkləyib.

 

Bundan əvvəl Cənubi Koreyanın müxalifət partiyaları prezidentin impiçmenti üzrə səsvermənin dekabrın 9-da keçirilməsini təklif ediblər. Prezident Pak Kın Henin səlahiyyət müddəti 2018-ci ildə bitir.

 

Qeyd edək ki, Cənubi Koreyada siyasi böhran prezident Pak Kın He və onun rəfiqəsi Çxve Sun Sil ətrafında baş verən qalmaqalla əlaqədardır. Çxve Sun Sil prezidentlə olan yaxın münasibətləri sayəsində dövlət işlərinə müdaxilədə şübhəli bilinir. Bununla əlaqədar Cənubi Koreyada kütləvi etirazlar keçirilir və dövlət başçısının istefası tələb olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR