Bank Of Baku

Çin ABŞ-a nota verib

Çin ABŞ-a nota verib
# 03 dekabr 2016 13:45 (UTC +04:00)

Çin Xarici İşlər Nazirliyi yeni seçilmiş prezident Donald Trampın Tayvan administrasiyasının rəhbəri Tsay İnvenlə telefon danışığı aparması səbəbindən ABŞ tərəfinə etiraz notası ünvanlayıb.

 

APA-nın "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.

 

"Biz artıq ABŞ tərəfinin diqqətini yayılan məlumatlara yönəltmişik və sərt etirazımızı bildirmişik", - deyə bəyanatda qeyd edilib.

 

Bununla yanaşı, məlumatda deyilir ki, "dünyada cəmi bir Çin mövcuddur və Tayvan onun ayrılmaz hissəsidir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR