Çinin Hubey əyalətində baş vermiş qəza nəticəsində 11 mədən işçisi yerin altında qapalı vəziyyətdə qalıb.
APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, insident Badun rayonunda yerləşən “Xinjia Coal Mine” mədənində baş verib.
İlkin versiyaya əsasən, mədəndə qaz partlayıb. Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.
Qeyd edək ki, noyabrın 30-da Sitayxe şəhərində kömür mədənində baş vermiş qəza nəticəsində 21 nəfər ölüb.