Bank Of Baku

Hamburqda Kerri ilə Lavrov arasında görüş olub

Hamburqda Kerri ilə Lavrov arasında görüş olub
# 07 dekabr 2016 22:35 (UTC +04:00)

Almaniyanın Hamburq şəhərində ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, söhbət zamanı Suriyanın Hələb şəhərindəki vəziyyət müzakirə olunub.

 

“Biz Hələbdə yaranan olduqca ağır vəziyyəti müzakirə etdik. Bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardıq. Sabah yenidən görüşərək müzakirələri davam etdirməyi planlaşdırırıq”, deyə Con Kerri görüşdən sonra bildirib.  

 

Qeyd edək ki, dekabrın 8-9-da Hamburqda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR