Bank Of Baku

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb - YENİLƏNİB-2

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB-2
# 22 yanvar 2017 13:23 (UTC +04:00)

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.

 

APA-nın İANS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib.

 

Hindistanın baş naziri Narendra Modi ölənlərin qohumlarına və yaxınlarına başsağlığı verib. 

 

***

 

saat 09.24

 

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, 50 nəfər xəsarət alıb.

 

APA-nın ANİ agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib. 

 

Sürətli qatarın lokomotivi və qatardakı 22 vaqondan 8-i relsdən çıxıb. Qəzanın səbəbləri hələ məlum deyil. Ancaq “Hindistan Dəmir Yolları” şirkəti təxribat versiyasını istisna etmir. Çünki hadisə baş verən regionda mao silahlıları fəaliyyət göstərir. 

 

***

 

saat 04.48

 

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

 

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə,  hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir, sərnişinlər ərazidən təxliyə edilir.  

 

Dəmir yolunda hərəkət dayandırılıb.

 

Qəzanın səbəbləri hələlik məlum deyil.   

 

 

***** 02.52

 

 

Hindistanda qatarın relsdən çıxması nəticəsində 13 nəfər ölüb, 100-dək insan xəsarət alıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, insident Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib.  

 

Məlumata görə, yeddi vaqon və lokomotiv relsdən çıxaraq aşıb.

 

Qatar Orissa ştatının paytaxtı Bxubaneşvar şəhərinə yollanırmış.

 

Qəzanın səbəbləri araşdırılır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR