Bank Of Baku

Husilər Səudiyyə Ərəbistanının kəşfiyyat təyyarəsini məhv etdiyini bəyan edib

Husilər Səudiyyə Ərəbistanının kəşfiyyat təyyarəsini məhv etdiyini bəyan edib
# 31 dekabr 2016 13:36 (UTC +04:00)

Yəməndə qiyamçı husilərin “Ansar Alla” Hərəkatı Səudiyyə Ərəbistanının cənubunda bu ölkənin kəşfiyyat təyyarəsini vurduqlarını açıqlayıb.

 

APA-nın “Saba” agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə Səudiyyə Ərəbistanının Cizan dairəsindəki hərbi bazası yaxınlığında vurulub.

 

Husilər Səudiyyə Ərəbistanına məxsus tankı vurduqlarını da iddia edirlər.

 

Yəmən prezidenti Mənsur Hadiyə dəstək verən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya hələ husilərin bu bəyanatına münasibət bildirməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR