Bank Of Baku

İndoneziyada daşqın nəticəsində 1500 ev su altında qalıb

İndoneziyada daşqın nəticəsində 1500 ev su altında qalıb
# 05 dekabr 2016 01:31 (UTC +04:00)

İndoneziyanın Cambi əyalətində yağan güclü yağış və baş verən daşqın nəticəsində 1 nəfər ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Sumatra adasında məcrasından çıxan çay 1 500 yaşayış evini su altında qoyub.

 

Regionda bir çox avtomagistrallar bağlanıb. Təbii fəlakət zonasına polis, xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.

 

2014-cü ildə İndoneziyada daşqınlar nəticəsində əmələ gələn torpaq sürüşməsində 100 nəfər ölmüş, 600-ü evsiz qalmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR