Bank Of Baku

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb - YENİLƏNİB

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 08 dekabr 2016 04:34 (UTC +04:00)

İndoneziyanın Açe əyalətində zəlzələ nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

 

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, 750 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 136-nın vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Təbii fəlakət nəticəsində öz evlərini tərk etməyə məcbur olan 3 200 nəfər xüsusi təxliyə mərkəzlərinə yerləşdiriliblər.

 

Xatırladaq ki, ötən gün İndoneziyada 6,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Sumatra adasının şimalında, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

***

 

02:54

 

İndoneziyanın Açe əyalətində zəlzələ nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, 613 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 

Təbii fəlakət nəticəsində 200-dən çox yaşayış evi, tədris müəssisəsi və məscid dağılıb.

 

Hazırda hadisə yerinə cəlb edilən 1000-dən çox xilasedici dağıntılar altında qalanları xilas etməyə çalışır. Ölkə rəsmiləri ölənlərin sayının artacağını istisna etmirlər.

 

Xatırladaq ki, ötən gün İndoneziyada 6,4 bal gücündə zəlzələ baş verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR