Bank Of Baku

İran nüvə sazişi üzrə öhdəliklərindən imtina edə biləcəyi barədə xəbərdarlıq edib

İran nüvə sazişi üzrə öhdəliklərindən imtina edə biləcəyi barədə xəbərdarlıq edib
# 04 dekabr 2016 01:43 (UTC +04:00)

ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadacaqsa, rəsmi Tehran nüvə sazişi üzrə öhdəliklərindən imtina edəcək. APA-nın “Press TV”-yə istinadən verdiyi xəbərə görə, bu barədə  İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.  

 

“Əgər onlar (ABŞ) sanksiyalara qayıdacaqsa, biz  razılaşmaya riayət etməyəcəyik”, - deyə Zərif qeyd edib.   

 

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Konqresin hər iki palatasının İrana qarşı qəbul etdiyi sanksiyaların 10 il uzadılmasına dair qanunu imzalamaq niyyətində olduğunu bildirib.

 

1996-cı ildə İranın nüvə proqramına qarşı qəbul edilən qanunun icrasının müddəti bu ilin dekabrında bitir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR