Bank Of Baku

İran Suriyada mobil rabitə şəbəkəsi istifadəyə verəcək

İran Suriyada mobil rabitə şəbəkəsi istifadəyə verəcək
# 17 yanvar 2017 22:00 (UTC +04:00)

İran Suriya ilə ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinə dair saziş çərçivəsində bu ölkədə  mobil rabitə şəbəkəsini istifadəyə verəcək.  

 

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, İran-Suriya sənədlərinin imzalanması mərasimində Suriyanın baş naziri İmad Həmid və İranın vitse-prezidenti İshaq Cahangiri iştirak edib. Bir neçə milyard dollarlıq maliyyə dəstəyini nəzərdə tutan beş protokolun imzalandığı bildirilir.  

 

Qeyd edək ki,  İranın mobil telekommunikasiya şirkətinin səhmlərinin nəzarət paketini 2009-cu ildə əldə edən İslam İnqilabının Keşikçilər Korpusu ölkənin telekommunikasiya bazarının böyük hissəsinə nəzarət edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR