Bank Of Baku

İranda avtobus aşıb, 6 nəfər ölüb

İranda avtobus aşıb, 6 nəfər ölüb
# 18 yanvar 2017 11:17 (UTC +04:00)

İranda avtobusun aşması nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb. 

 

APA-nın Tehran bürosunun xəbərinə görə, avtobus Kirman şəhərindən Rəfsəncan şəhəri istiqamətinə gedərkən qəzaya uğrayıb.

 
Avtobusda 21 sərnişin olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölənlərdən bəzilərinin kimliyi müəyyən edilməyib, bəziləri isə hələ də avtobusda sıxışıb qalıb və xilasedicilər onların cəsədlərini çıxarmağa çalışır. 
 

İlkin məlumata görə, hadisə sürücünün diqqətsizliyi üzündən baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR