İranda sərhəd zastavasına hücum olub.
APA-nın Tehran bürosunun məlumatına görə, Sistan və Bəluçistan əyalətinin Zabul şəhərində baş verən hücum zamanı bir əsgər ölüb, 3 nəfər yaralanıb.
Silahlı hücumun qaçaqmalçılar tərəfindən həyata keçirildiyi bildirilir. Məlumata görə, onlar sərhədçilərə nahar zamanı hücum ediblər.