Bank Of Baku

İraq ordusu Mosulun cənub-şərq hissəsini tam nəzarətə götürüb

İraq ordusu Mosulun cənub-şərq hissəsini tam nəzarətə götürüb
# 14 yanvar 2017 13:01 (UTC +04:00)

İraq silahlı qüvvələri Mosulun cənub-şərq istiqamətindəki yaşayış məntəqələrini tam olaraq nəzarətə götürüb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Mosulda aparılan əməliyyatların komandanı Abduləmir Yarullah bildirib ki, Federal Polis Qüvvələri, koalisiya qüvvələri və İraq təyyarələrinin dəstəyi ilə Mosulun cənub-şərq bölgələrinə nəzarət təmin olunub. 

 

Mosulun cənub-şərqi Fələstin, Somar, Misak, Şərq Yarımca və başqa vilayətlərdən ibarətdir.

 

Məlumata görə, İraq ordusu son 24 saatda Mosulun şimalındakı bir neçə məhəlləni, o cümlədən, Mosul Universitetini İŞİD-dən təmizləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR