Bank Of Baku

Lavrov və Çavuşoğlu Hələbdəki vəziyyəti müzakirə ediblər

Lavrov və Çavuşoğlu Hələbdəki vəziyyəti müzakirə ediblər
# 13 dekabr 2016 22:36 (UTC +04:00)

Rusiya və Türkiyə XİN rəhbərləri Sergey Lavrov və Mövlud Çavuşoğlu telefon danışığı zamanı Suriyanın Hələb şəhərində yaranmış vəziyyəti müzakirə ediblər.  

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı hökumətdəki mənbəyə istinadən məlumat yayıb.  

 

Bundan əvvəl Türkiyə XİN-i Rusiya hərbçilərinin Hələbdəki yerli silahlı qruplaşmalarla danışıqlardan sonra atəşkəsə nail olduqlarını bildirib.   

 

Qeyd edək ki, bundan əvvəl Hələbin 98 faiz hissəsinin Suriya ordusunun nəzarətində olduğu bildirilib. 

 

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin isə Suriya hökumətinin şərqi Hələb üzərində nəzarəti bərpa etdiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR