Bank Of Baku

Malayziyada 33 turist itkin düşüb

Malayziyada 33 turist itkin düşüb
# 12 dekabr 2016 09:08 (UTC +04:00)

Malayziyanın dağlıq ərazisində 33 turist itkin düşüb.

 

APA-nın məlumatına görə, bu barədə “Lenta.ru” “Malay Mail Online” nəşrinə istinadən xəbər yayıb.  
 

Malayziyanın ən böyük ştatı olan Saravakın ərazisində yerləşən Brik dağına qalxmaq istəyən turistlər geri qayıtmayıb. Artıq xilasedicilər turistlərin axtarışına start verib. Axtarışlara polislə yanaşı könüllülər və yerli sakinlərin qoşulacağı gözlənilir. 
 

Qeyd edək ki, avqustun əvvəlində üç alpinist Monblan dağına qalxarkən qar uçqunu nəticəsində həlak olub. Onların fəth etmək istədikləri Mon-Modi dağının adı fransız dilindən “Lənətlənmiş dağ” kimi tərcümə olunur. 

 

İsmayıl Fətəliyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR