Bank Of Baku

Qəzaya uğrayan Malayziya gəmisinin 25 sərnişini xilas edilib, 6 nəfər itkin düşüb - YENİLƏNİB-1

Qəzaya uğrayan Malayziya gəmisinin 25 sərnişini xilas edilib, 6 nəfər itkin düşüb - <span style="color: red;">YENİLƏNİB-1
# 29 yanvar 2017 14:33 (UTC +04:00)

Cənubi Çin dənizində Borneo adası sahilləri yaxınlığında batan Malayziya gəmisində olan 25 nəfəri xilas etmək mümkün olub.

 

APA-nın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası Çinin Kuala-Lumpurdakı səfirliyinə istinadən məlumat yayıb.

 

Səfirlik 6 nəfərin itkin düşdüyünü açıqlayıb.

 

“Sina” portalı isə bundan öncə xilas edilən 2 heyət üzvü də nəzərə alınmaqla, xilas edilənlərin sayının 27-ə çatdığı barədə məlumat yayıb.

 

Qeyd edək ki, yerli vaxtla saat 22.00-da Kota Kinabal şəhərindən Menqalum adasına hərəkət edən, göyərtəsində 28 çinli turist və 3 heyət üzvünün olduğu gəmi itib. Xilasedicilər batan gəmini aşkarlayıblar.

 

***

 

saat 13.24

 

Cənubi Çin dənizində Borneo adası sahilləri yaxınlığında batan Malayziya gəmisi aşkarlanıb.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, gəmi batan yerdə sağ qalan bir neçə nəfər xilas edilib.

 

Qeyd edək ki, yerli vaxtla saat 22.00-da Kota Kinabal şəhərindən Menqalum adasına hərəkət edən, göyərtəsində 28 çinli turist və 3 heyət üzvünün olduğu gəmi itib. 

 

***

 

saat 10.57

 

Malayziyaya məxsus sərnişin gəmisi Cənubi Çin dənizində Borneo adası sahilləri yaxınlığında göyərtəsində 31 nəfərin olduğu sərnişin gəmisi itib.

 

APA-nın “Reuters’ agentliyinə istinadən verdiyi məlumata görə, sərnişinlərdən 28-i çinli turistlərdir.

 

Malayziya Su Polisinin direktor müavini Rahim Ramle deyib ki, Kota Kinabal şəhərindən turistləri  Menqalum adasına gətirməli olan gəmi müəyyən edilən vaxtda adaya yan almayıb. Hazırda gəminin marşrut hərəkəti boyu axtarış əməliyyatı aparılır. Güclü külək və dalğa axtarış əməliyyatlarını çətinləşdirir. Bununla əlaqədar Malayziya Silahlı Qüvvələrindən dəstək istənilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR