Pakistanda xilasedicilər qəzaya uğrayan təyyarənin qalıqları altından 36 meyitini çıxarıb.
APA-nın Geo TV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan ordusunun mətbuat xidməti bildirib.
“Hazırda xilasetmə əməliyyatı davam edir. Təyyarənin qalıqları altından 36 meyit çıxarılıb”, məlumatda deyilir.
Bu gün Pakistan Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə Havelian şəhəri yaxınlığında baş verib. Təyyarədə 42 sərnişin və 5 ekipaj üzvü olub.