Bank Of Baku

Paris və Belçikada terror aktlarını təşkil etmiş İŞİD komandirləri Suriyada məhv edilib

Paris və Belçikada terror aktlarını təşkil etmiş İŞİD komandirləri Suriyada məhv edilib
# 13 dekabr 2016 17:34 (UTC +04:00)

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyaya endirdiyi aviazərbə nəticəsində İŞİD terror qruplaşmasının üç komandiri məhv edilib.  Öldürülən terrorçulardan ikisi Sahal Qurmat və Sami Cedu ötən ilin noyabrın 13-də Parisdə törədilən terror aktları ilə birbaşa əlaqəli olub.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ müdafiə naziri Eşton Karter bildirib.   

 

Məlumata görə, əməliyyat dekabrın 4-də Rəqqa şəhəri yaxınlığında keçirilib. Üçüncü məhv edilmiş terrorçu Valid Həmmam Belçikada 2015-ci ildə qarşısı alınmış terror aktının təşkilatçısı olub.    

 

Qeyd edək ki, 2015-ci ilin noyabrın 13-də törədilən terror aktları nəticəsində 130 nəfər ölüb, 350 nəfər yaralanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR