Bank Of Baku

PKK-ya yaxın qrup İstanbulda terror aktını görə məsuliyyəti öz üzərinə götürüb

PKK-ya yaxın qrup İstanbulda terror aktını görə məsuliyyəti öz üzərinə götürüb
# 11 dekabr 2016 16:19 (UTC +04:00)

İstanbulda törədilən terror aktına görə məsuliyyəti PKK terror təşkilatının faktiki bir qolu olan “Kürdüstan Azadlıq Qırğıları” qrupu öz üzərinə götürüb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Kürdüstan Azadlıq Qırğıları”nın saytında məlumat yerləşdirilib.

 

Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 38 nəfər ölüb, yaralananların sayı isə 155 nəfərə çatıb.

 

“Kürdüstan Azadlıq Qırğıları” PKK terror təşkilatı tərəfindən formalaşdırılıb. PKK-nın xüsusən böyük şəhərlərdə törətdiyi və beynəlxalq ictimaiyyətin sərt reaksiyalarına səbəb olan terror aktlarına görə məsuliyyət adətən, bu qrup “öz üzərinə götürür”.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR