Bank Of Baku

Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub

Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub
# 01 yanvar 2017 12:04 (UTC +04:00)

Qazaxıstan bu gündən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Qazaxıstan 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq.

 

Bu gün BMT Təhlükəsizlik Şurasında Qazaxıstanın bayrağı asılıb, Təhlükəsizlik Şurasının zalındakı stola “Qazaxıstan” lövhəsi qoyulub. Bununla da Qazaxıstan Mərkəzi Asiya ölkələri sırasında MT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan ilk ölkə olub.

 

Qeyd edək ki, Qazaxıstan BMT Baş Assambleyasının 28 iyun 2016-cı il tarixdə keçirilən iclasında BMT Təhlükəsizlik Şurasının 2017-2018-ci illər üçün qeyri-daimi üzvü seçilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR