Solomon adaları sahillərində 6,9 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Kirakira yaşayış məntəqəsindən 87 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.