Bank Of Baku

Suriyada 2 türk əsgəri həlak olub, 12-si yaralanıb

Suriyada 2 türk əsgəri həlak olub, 12-si yaralanıb
# 07 dekabr 2016 10:35 (UTC +04:00)

Suriyanın Əl-Bab bölgəsində türk əsgərlərinə hücum edilib, ölənlər və yaralananlar var.

 

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, İŞİD terrorçuları bomba yüklənmiş avtomobillə Türkiyə Silahlı Qüvvələrinin kommando taborunun yerləşdiyi məntəqəyə hücum edib. Partlayış və daha sonra başlayan atışmalarda 2 türk əsgəri həlak olub, 12-si yaralanıb. Azad Suriya Ordusu əsgərləri arasında da yaralılar var. Yaralılar Türkiyənin Qaziantep şəhərinə aparılıb.

 

Qeyd edək ki, Türkiyə 106 gündür Suriya ərazisində “Fərat qalxanı” adı verilən hərbi əməliyyat həyata keçirir.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR