Bank Of Baku

Suriyada 82 dinc sakin öldürülüb

Suriyada 82 dinc sakin öldürülüb
# 13 dekabr 2016 13:48 (UTC +04:00)

“Suriya Ordusu və onların tərəfində vuruşan iraqlı silahlılar Hələb şəhərində 82 dinc sakini öldürüb”.

 

APA-nın BBC-yə istinadən yaydığı məlumata  görə, bu barədə  BMT-nin insan haqları üzrə Ali Komissarlığın rəsmi nümayəndəsi Rupert Kolvill bildirib. O qeyd edib ki, qətllər  Suriya Ordusunun müxalif qüvvələrdən geri aldığı Hələb Şəhərində törədilib.

 

“İndilərdə aldığımız məlumatlara görə, hökumət qüvvələri ən az 82 mülki şəxsi öldürüb ki, onlardan 11-i qadın, 13-ü uşaqdır” – deyən Kolvill bildirib ki, fakt rəsmən təsdiqlənməyib.

 

 

Türkiyə mətbuatı Suriya Ordusuna mənsub şəxslərin Hələbdə evlərə girərək, qadın, kişi, uşaq fərqi qoymadan sakinləri öldürdükləri barədə məlumat yayıb. Suriya Ordusu isə mülki vətəndaşların onlara qarşı vuruşan silahlılar tərəfindən öldürüldüyünü iddia edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR